USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Şeir adam

27-11-2021

 Dağınıq dünyanın dörd bucağından,
 Ən ucqar yerindən,uçqun yanından. 
 Dünyanın ən yarım qalan yolundan,
 bir insan beləcə keçib yol gedir. 
 
 Saçının ağ dəni qar əvəzidir, 
 səsi Ayrılığın dərd avazıdır..
 Bir quru söz olub, desə razıdır, 
 bir insan beləcə keçib yol gedir. 
 
 Yolu kəsək dolu, yolu das yolu. 
 Qolu qanadlıarın intihar qolu. 
 həsrəti gözündə sanki das yonur, 
 Bir insan beləcə keçib yol gedir. 
 
 Nə dinir, nə susur, nə bir söz deyir,
 gün batır, nə yatır, nə yemək yeyir. 
 Bu nə sirr, nə olmaz ,möcüzə, şehir, 
 Bir insan beləcə keçib yol gedir. 
 
 Bağrına basarsan bağrın das olar, 
 Öpərsən dodağın buzlu yaş olar, 
 Bu sayaq qocalar, solar, yaşlanar,
 Bir insan beləcə keçib yol gedir.
 
 Payına düşənin yanından keçib 
 Hər gün öz ömrünün evindən köçüb 
 Sərxoşdur, şərabtək özünü içib.
 bir insan beləcə keçib yol gedir. 
 
 əylərsən dayanmaz, qulağı kardır, 
 onunla arada şüşə hasardı. 
 Bir vaxtlar sevgidən şeir yazardı, 
 indi özü boyda şeirdən keçir. 
 
 bir insan beləcə keçib yol gedir 
 A.F

SİZİN DÜŞÜNCELERİNİZ?